Şəxsi işə silahın alınması və saxlanılması üçün xüsusi icazə və şəhadətnamə verilməsinə əsas olan materiallar, ərizə, silah sahibinin yoxlanılmasına dair sənədlər (raport, operativ yoxlama tələbnaməsi, sağlamlıq haqqında tibbi arayış), silahın qeydiyyata alınması və qeydiyyatın dəyişdirilməsi üçün rüsumun ödənilməsi haqqında bank və ya poçt sənədinin əsli, elektron ödəmə sistemləri, o cümlədən internet vasitəsilə ödənildikdə müvafiq ödəmə sistemindən çıxarış, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank və ya poçt sənədi tikilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da əksini tapıb.