Silahla təltif olunmuş Azərbaycan Respublikasının vətəndaşlarına həmin silahın saxlanılmasına, gəzdirilməsinə və təyinatı üzrə istifadə edilməsinə dair Baş İctimai Təhlükəsizlik İdarəsi (BİTİ) tərəfindən şəhadətnamə verilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da əksini tapıb.

Azərbaycan Respublikasının vətəndaşları xarici dövlətlərin rəhbərləri tərəfindən silahla təltif olunduqda bu barədə sənədin tərcümə edilmiş surəti (notarial qaydada təsdiqlənmiş) təqdim olunur.. Təltif olunmuş şəxs silahın və onun patronlarının qeydiyyata götürülməsi üçün iki həftə ərzində BİTİ-yə müraciət etməlidir.