Azərbaycan Respublikasının ərazisində xidməti və mülki silahın, sursatın satışını, onun istehsalı, satışı ilə məşğul olan müəssisələr həyata keçirirlər.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da əksini tapıb.

Xüsusi nizamnamə vəzifələrini yerinə yetirən dövlət orqanları və hüquqi şəxslər, idman, ovçuluq cəmiyyətləri, təhsil müəssisələri istifadəsində, mülkiyyətində olan silah və sursatı xüsusi icazə əsasında xidməti və mülki silahın satışı ilə məşğul olan müəssisələr vasitəsi ilə və ya Baş İctimai Təhlükəsizlik İdarəsində (BİTİ) yenidən qeydiyyatdan keçirməklə bu Təlimatla müəyyən olunmuş qaydada özləri tərəfindən satılır.