Xüsusi icazə və şəhadətnamələr onun verildiyi orqanın rəhbəri tərəfindən imzalanır və gerbli möhürlə təsdiq edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da əksini tapıb.
Xüsusi icazənin yenidən verilməsinə onun müddətinin başa çatması, hüquqi şəxsin ünvanının, adının, xüsusi icazədə göstərilmiş rəhbərin, əşyaların saxlanma yerinin və miqdarının dəyişməsi, xüsusi icazənin itməsi və ya yararsız hala düşməsi əsasdır. Bu halda əvvəl verilmiş xüsusi icazənin materialları əsas götürülərək, yenisinin verilməsi ilə bağlı ərazi polis orqanına müraciət edilir.