Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turunda B qrupunda Albaniya – İspaniya və İtaliya-Xorvatiya qarşılaşıb.
Heftelik.az-ın məlumatına görə, İspaniya Ferran Torresin birinci hissədə vurduğy qolla albanları məğlub edib.
Daha əvvəldən 1/8 finala vəsiqəni təmin edən ispanlar B qrupundakı xallarının sayını 9-a çatdıraraq maksimum nəticə göstəriblər.
İtaliya-Xorvatiya oyunu isə dramatikliyi ilə seçilib. Qarşılaşmada hesabı xorvatlardan 55-ci dəqiqədə Luka Modriç açıb. İtaliyanların bərabərlik qolu isə 90+ 8-ci dəqiqədə gəlib. Mattia Cakkani fərqlənib.
Son dəqiqədə vurulan qol sayəsində xallarının sayını 4-ə çatdıran İtaliya millisi qrupda ikinci yeri tutaraq 1/8 finala vəsiqə qazanıb.
1 | İspaniya | 3 | 3 | 0 | 0 | 5-0 | 9 |
2 | İtaliya | 3 | 1 | 1 | 1 | 3-3 | 4 |
3 | Xorvatiya | 3 | 0 | 2 | 1 | 3-6 | 2 |
4 | Albaniya | 3 | 0 | 1 | 2 | 3-5 | 1 |