Borcu müəyyən edən sənədin surəti, yaxud borclunun şəxsi hesabından çıxarış və icra qeydinin surəti notariusda saxlanılır.

Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.

“Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada müraciət zamanı borcu müəyyən edən sənəd, yaxud borclunun şəxsi hesabından çıxarış elektron formada olan notariat reyestrində, icra qeydi isə rəsmiləşdirildikdən sonra notariat işində saxlanılır.