İcazə sisteminə aid əşyaların dövriyyəsi ilə bağlı işlərə şəxslərin buraxılması müvafiq təşkilatın zəmanət məktubu əsasında həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da əksini tapıb.
Bununla əlaqədar aidiyyəti polis orqanına aşağıdakı sənədlər təqdim edilir:
– Ruhi-əsəb xəstəlikləri, narkomanlıq və alkoqolizmə düçar olub-olmaması, habelə görmə qabiliyyəti barədə müvafiq tibb müəssisəsindən arayış;
– Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsinin surəti.
– Müvafiq yoxlamadan (operativ uçotlar və yaşayış yeri üzrə) sonra həmin şəxslərin icazə sisteminə aid əşyaların dövriyyəsi ilə bağlı işlərə buraxılmasına razılıq verilir.