İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə yetkinlik yaşına çatmayan şəxslər barədə dini kəbinkəsmə ilə bağlı sanksiyalar müəyyənləşir.
Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa deyib.
Deputat bildirib ki, dünyəvi dövlətik: “Dini kəbinkəsmə sözü qanunda istifadə edilməməlidir. Bu, qanundan kənarda şəxsi istəklə edilə bilər. Biz ümumiyyətlə, bu proseduru tanımamalıyıq. Dini kəbuinkəsmə anlayışını dövlət hüquqi proses kimi tanımamalıdır. Yeganə nikah dövlətin müəyyən etdiyi qurumlarda bağlanmalıdır. Savadlı və ya savadsız mollalar tərəfindən kəbin kəsilməsi müzakirə edilməməlidir. Bu, qanundan kənar proses olmalıdır. Yoxsa biz bunun nəticələrini görəcəyik. İnsanların özünün inancı varsa, fərdi qaydada kəbin kəsə bilər. Onsuz da insanlar mövhumata inanır, fala baxdırmağa da gedir”.