Yalnız həyat və sağlamlığı üçün real təhlükə yaranan zaman özünümüdafiə məqsədilə diplomatik nümayəndəliyin üzvlərinə xidməti silah verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da əksini tapıb.
Bu halda yaranan real təhlükənin nədən ibarət olması əsaslandırılır və hər bir fakt Xarici İşlər Nazirliyi vasitəsi ilə Daxili İşlər Nazirliyinə ünvanlanmış müraciətdə göstərilir. Diplomatik nümayəndəliyin üzvlərinə xidməti silahın saxlanılmasına və təyinatı üzrə istifadə edilməsinə şəhadətnamə yalnız müstəsna hallarda Azərbaycan Respublikası Daxili İşlər Nazirinin icazəsi ilə verilir. Həmin şəhadətnamənin etibarlılıq müddəti üç ildir. . Silah Azərbaycan Respublikasına gətirilməmişdən əvvəl müvafiq qaydada icazə alınmalıdır.