Ərazi polis orqanlarının rəhbərləri silah və onun döyüş sursatının saxlama şəraitinin tələb olunan səviyyədə təşkil edilməsini və mövcud qüsurları aşkar edib aradan qaldırmaq məqəsədilə silah və sursatların saxlanma yerlərinin yoxlanılmasını təşkil edirlər.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da əksini tapıb.
Xidməti silah saxlanılan orqan və təşkilatlarda – silah və sursatın mühafizəsi, işçilərə verilməsı qaydalarına əməl edilməsi, silahın saxlanılmasına xüsusi icazənin olması və etibarlılıq müddəti, silah və sursat saxlanılan yerdə başqa təşkilata məxsus silahın olub-olmaması, mövcud çatışmazlıqların aradan qaldırılması üzrə ərazi polis orqanı tərəfindən əvvəllər verilmiş tapşırığın yerinə yetirilməsi yoxlanılır.