Notariuslar Azərbaycan Respublikasının miras əmlakın qorunması haqqında normalar ehtiva edən beynəlxalq müqavilə bağladığı xarici dövlətin vətəndaşının ölümü haqqında məlumat aldıqda, müvafiq müqaviləni rəhbər tutaraq ölənin Azərbaycan Respublikasının ərazisində əmlakı olduğu hallarda miras əmlakın mühafizəsi üçün lazımi tədbirlər görür, miras əmlakın miqdarını və dəyərini müəyyən edir, vərəsələri aşkar edir, vəsiyyətnamənin olub-olmadığını yoxlayır və bu barədə ölənin vətəndaşı olduğu ölkənin diplomatik və ya konsul nümayəndəliyinə həmin Təlimatda nəzərdə tutulmuş qaydada dərhal məlumat verirlər.
Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.