Orta ağır çəki dərəcəsi üzrə sabiq mütləq dünya çempionu Roy Consun oğlu Deandre intihar edib.
Heftelik.az-ın məlumatına görə, bu barədə sabiq boksçu sosial şəbəkə hesablarında məlumat yayıb.
O, oğlunun sonuncu gününü ailəsi ilə keçirdikdən sonra intihar etdiyini bildirib.
Qeyd edək ki, Roy Consun 32 yaşlı Deandredən başqa, Deşon və Roy Cons adlı oğlu var.