Təltif silahının saxlanılması üçün verilən şəhadətnamədə «təltif» sözü qeyd edilməklə etibarlılıq müddəti göstərilmir. Bu sənədin verilməsinə görə dövlət rüsumu tələb olunmur.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da əksini tapıb.
Mülki dövriyyəsi Azərbaycan Respublikasında qadağan edilmiş silahlar təltif silahı kimi verilə bilməz. Təltif silahı hərbi təyinatlı olarsa, onun sahibi vəfat etdikdə qohumları tərəfindən dərhal ərazi polis orqanına ödənişsiz təhvil verilməlidir.