General-mayor Namiq Sərəfruz oğlu İslamzadəyə “general-leytenant” hərbi rütbəsi verilib.

Heftelik.az-ın məlumatına görə, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Namiq İslamzadə Hərbi Hava Qüvvələrinin komandanıdır.

Qeyd edək ki, Namiq İslamzadə Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2005-ci il tarixli 860 nömrəli Sərəncamına əsasən, “Hərbi xidmətlərə görə” medalı ilə, 25 iyun 2008-ci il tarixli 2905 nömrəli Sərəncamına əsasən, “Azərbaycan Bayrağı” ordeni ilə, 25 iyun 2020-ci il tarixli 2127 nömrəli Sərəncamına əsasən, “Vətən uğrunda” medalı ilə təltif edilib.

9 dekabr 2020-ci ildə İslamzadə Namiq Sərəfruz oğluna “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.

“Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib.

2024-cü il may ayının 18-dən etibarən Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı təyin olunub.