Natiq Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Heftelik.az-ın məlumatına görə, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Natiq Səlim oğlu Qasımova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib (ölümündən sonra).
Qeyd edək ki, hərbçi Natiq Qasımov 1992-ci ildə Xocalının Xramort kəndi yaxınlığında baş verən döyüşlərdə iştirak edib. O, bir neçə gün təkbaşına yüksəklikdəki kilsəni müdafiə edib. Daha sonra Xocalıdan olan 22 əsirin öldürülməməsi müqabilində təslim olub. Natiq Qasımovun təslim olduqdan sonrakı taleyi naməlmdur.