Notarius yazılı və maddi sübutların müayinəsi haqqında protokol tərtib edir.

Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.

Protokolda aşağıdakılar göstərilir:

– müayinənin aparıldığı tarix və yer;

– müayinə aparan notariusun soyadı, adı, atasının adı, notariusun fəaliyyət göstərdiyi ərazi;

– müayinədə iştirak edən əlaqədar şəxslərin soyadı, adı və atasının adı, onların yaşayış yeri;

– müayinə zamanı aşkara çıxarılan hallar.

Protokol müayinədə iştirak edən şəxslər və notarius tərəfindən imzalanır.