Protesti müəyyən edilmiş müddətdə vermək mümkün olmadıqda, bunun səbəbləri dəniz protesti haqqında ərizədə göstərilməlidir.

Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.

Notarius gəmi kapitanın ərizəsinə, gəmi jurnalının məlumatına, habelə kapitanın özünün və imkan daxilində gəmi heyətindən olan azı dörd şahidin, o cümlədən, komanda heyətindən olan iki şahidin dindirilməsinə əsasən müəyyən olunmuş formada dəniz protesti haqqında akt tərtib edir, onu öz imzası və şəxsi gerbli möhürü ilə təsdiq edir. Aktın bir nüsxəsi gəmi kapitanına və ya onun müvəkkil etdiyi şəxsə verilir, digər nüsxəsi isə kapitanın ərizəsini və gəmi jurnalından çıxarışı ona əlavə etməklə, notariusda qalır.