Odlu silah sahiblərinin şəxsi işləri icazə sistemini həyata keçirən əməkdaşda saxlanılır və əlifba sırası ilə düzülür.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da əksini tapıb.
Silah sahiblərinin siyahısının bir nüsxəsi şəhər, rayon polis orqanlarının növbətçi hissəsində saxlanılır. Əməliyyat növbətçiləri tərəfindən müxtəlif pozuntular üstündə tutulmuş şəxslərin yoxlanılması, hadisə yerlərinə çıxan əməliyyat qrupuna məlumat verilməsi üçün həmin siyahıdan istifadə edilir.