Xidməti və mülki silahın satışına Baş İctimai Təhlükəsizlik İdarəsindən (BİTİ) xüsusi icazə alınmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da əksini tapıb.
Silah və sursatın satışına xüsusi icazə müəssisə rəhbərinin ərizəsi əsasında verilir. Ərizədə aşağıdakılar göstərilir:
– Müəssisənin adı, ünvanı;
– Məsul işçilərin anket göstəriciləri;
– Satışla bilavasitə məşğul olacaq şəxslərin siyahısı;
– Silah və sursatın saxlanıldığı, mühafizə olunduğu və satışının bilavasitə həyata keçiriləcəyi yer;
– Silah və sursatın saxlanılması üçün xüsusi ayrılmış anbar (otaq) haqqında məlumat. Göstərilən məlumatları əks etdirən sənədlər, habelə müəssisənin dövlət qeydiyyatı haqqında şəhadətnamənin surəti ərizəyə əlavə olunur.