Veksellərə protest Mülki Məcəllə ilə müəyyən edilmiş müddətlərdə verilir.

Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.

Notarius protesti imzalayır və köçürmə vekselinin arxa tərəfinə və ya ona qoşulmuş vərəqə şəxsi gerbli möhür vuraraq imzalayır. Əgər köçürmə vekselindən irəli gələn bir neçə tələb bir neçə şəxsə və ya eyni şəxsə qarşı irəli sürülməlidirsə, çoxsaylı tələblər üçün bir protest tərtib edilir.