Ermənistan Azərbaycandan sülh sazişi layihəsi ilə bağlı yeni təkliflər paketi alıb.

Heftelik.az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu artıq sülh sazişi layihəsi ilə bağlı tərəflər arasında mübadilə olunan 10-cu paketdir.