Bu gün Şimali Atlantika Şurası Niderland Baş naziri Mark Rutteni Yens Stoltenberqin yerinə NATO-nun növbəti Baş katibi təyin etmək qərarı verib.
Heftelik.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidmətinin yaydığı məlumatda qeyd olunub.
Qeyd edilib ki, Mark Rutte 2024-cü il oktyabrın 1-dən, cənab Stoltenberqin Alyansın rəhbərliyində on illik səlahiyyət müddəti başa çatdıqdan sonra Baş katib kimi öz səlahiyyətlərini icra etməyə başlayacaq.