Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin üçüncü turu çərçivəsində Gürcüstan və Portuqaliya milliləri üz-üzə gəlib.
Heftelik.az-ın məlumatına görə, 2-ci dəqiqədə Kvitsa Kvaratsxeliya hesabı açıb, 57-ci dəqiqədə Corc Mikautadze 11 metrlik cərimə zərbəsindən fərqlənib.
Bunla da gürcülər portuqalları məğlub edərək qrupqlarsa ən yaxşı nəticə göstərən üçüncü yerin sahiblərindən biri kimi 1/8 final mərhələsinə yüksəlib.
Portuqaliya isə məğlubiyyətə baxmayaraq 6 xalla qrup lideri kimi 1/8 final mərhələsinə adlayıb.