Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin üçüncü turu çərçivəsində Çexiya və Türkiyə milliləri üz-üzə gəlib.

Heftelik.az-ın məlumatına görə, oyunun 51-ci dəqiqəsində Türkiyə millisinin kapitanı Hakan Çalhanoğlu hesabı açıb, 66-cı dəqiqədə Tomaş Souçek tarazlığı bərpa edib.

Qarşılaşmanın 90+4-cü dəqiqəsində Cenk Tosun komandasına qələbə qolunu qazandırıb.

Bununla da Türkiyə millisi Avropa çempionatının 1/8 final mərhələsinə yüksəlib.