Mülki silahın əldə edilməsinə xüsusi icazə və şəhadətnamənin verilməsi üçün vətəndaşlardan ovçular cəmiyyətinin üzvü olması tələb edilmir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da əksini tapıb.
Əcnəbilər vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsini və vətəndaşı olduğu dövlətin səfirliyindən (nümayəndəliyindən) vəsatət məktubu təqdim etməlidirlər. Bu halda tibbi arayış tələb edilmir və məhkumluq yoxlanılmır. Əcnəbilər xüsusi icazə əsasında əldə etdikləri mülki silahı alındığı vaxtdan 5 gündən gec olmayaraq Azərbaycan Respublikasından aparmalıdırlar. Nəzərdə tutulmuş müddət pozularsa, həmin silah müsadirə olunur.