Hansı hallarda vətəndaşlara mülki silahın əldə olunmasına xüsusi icazə verilməsindən imtina edildiyi məlum olub.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da əksini tapıb.
Aşağıdakı hallarda vətəndaşlara mülki silahın əldə olunmasına xüsusi icazə verilməsindən imtina edilir:
– Mülkiyyətində yeddi ədəddən çox (kolleksiya istisna olmaqla) odlu ov və ya idman silahı olduqda;
– Spirtli içkilərə, narkotik vasitələrə və ya psixotrop maddələrə aludə olması, ruhi xəstəliyi, habelə görmə qabiliyyətinin pozulması ilə bağlı müvafiq tibb müəssisəsinin rəyi olduqda;
– Ağır cinayətlərə, habelə silah və sursatdan, partlayıcı maddələrdən istifadə etməklə törədilmiş cinayətlərə görə məhkum olunduqda;
– Ov, balıq və digər su bioresurslarının ovu, eləcə də odlu silahın və ya döyüş sursatının əldə edilməsi, saxlanılması, tətbiqi qaydalarının və ictimai qaydanın pozulmasına, habelə odlu silahdan və ya döyüş sursatından istifadə etməklə törədilmiş digər hüquqpozmalara görə barəsində inzibati tənbeh tədbirləri tətbiq edildikdə (tətbiq olunduğu vaxtdan 1 il ötənədək);
– Polis orqanlarında profilaktik və əməliyyat uçotunda olduqda;
– Fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən məhdudlaşdırıldıqda;
-Son 3 bənddə qeyd olunan şəxslərlə bir mənzildə yaşadıqda;
– Praktiki yoxlama zamanı silahla davranma qaydalarını bilməməsi müəyyən olunduqda.