Fərqləndirici siqnallardan istifadə edilməsinə, hüquqi şəxslərin adlarında, əmtəə nişanlarında Qızıl Xaç və Qızıl Aypara emblemlərindən və onların adlarından istifadə edilməsinə, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkatının prinsipləri ilə bir araya sığmayan məqsədlər üçün Qızıl Xaç və Qızıl Aypara emblemlərindən və onların adlarından istifadə edilməsinə və müdafiə nişanı qismində istifadə edilən Qızıl Xaç və Qızıl Aypara emblemləri kimi qəbul edilə biləcək hər hansı oxşar nişanlardan istifadə edilməsinə görə cərimə müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, bu, İnzibati Xətalar Məcəlləsində əksini tapıb.
Fərqləndirici siqnallardan istifadə edilməsinə, hüquqi şəxslərin adlarında, əmtəə nişanlarında Qızıl Xaç və Qızıl Aypara emblemlərindən və onların adlarından istifadə edilməsinə, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara hərəkatının prinsipləri ilə bir araya sığmayan məqsədlər üçün Qızıl Xaç və Qızıl Aypara emblemlərindən və onların adlarından istifadə edilməsinə və müdafiə nişanı qismində istifadə edilən Qızıl Xaç və Qızıl Aypara emblemləri kimi qəbul edilə biləcək hər hansı oxşar nişanlardan istifadə edilməsinə görə fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilir.