Cinayət işi üzrə ibtidai istintaqın hansı müddətlərdə başa çatmalı olduğu açıqlanıb.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Cinayət işi üzrə ibtidai istintaq aşağıdakı müddətlərdə başa çatmalıdır:
– böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə — cinayət işinin başlanmasından ən geci 2 (iki) ay keçdikdən sonra;
– az ağır cinayətlər üzrə — cinayət işinin başlanmasından ən geci 3 (üç) ay keçdikdən sonra;
– ağır cinayətlər üzrə — cinayət işinin başlanmasından ən geci 4 (dörd) ay keçdikdən sonra;
– xüsusilə ağır cinayətlər üzrə — cinayət işinin başlanmasından ən geci 4 (dörd) ay keçdikdən sonra.
– İbtidai istintaq müddəti cinayət işinin başlandığı gündən hesablanır, işin məhkəməyə göndərilməsi və ya icraatına xitam verilməsi haqqında qərarın çıxarıldığı gün bitir.