Diplomatik nümayəndəliyin vəzifəli şəxslərinin mühafizəçilərinə xidməti silah verilmir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da əksini tapıb.
Diplomatik nümayəndəliyin üzvləri qanuni əsaslarla onlara məxsus xidməti silahı yalnız özünü müdafiə məqsədilə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda tətbiq edilir. Azərbaycan Respublikasının ərazisində xidməti silahın saxlanılmasına və təyinatı üzrə istifadə edilməsinə xüsusi icazə və şəhadətnamə verilən diplomatik nümayəndəliyin üzvləri Azərbaycan Respublikasının silah haqqında qanunvericiliyinin tələblərinə riayət etməlidirlər.