İyunun 27-də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iclası keçirilib.
Heftelik.az-ın məlumatına görə, iclasda Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il 21 iyun tarixli “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” Qərarı əsasında Azərbaycan Respublikası Milli Məclisinin buraxılmasının və növbədənkənar seçkilər təyin edilməsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğuna dair sorğusuna baxılıb.