Vekselin protest üçün qəbul edildiyi gün notarius ödəyiciyə və ya domisilianta (üçüncü şəxsin yanında ödənilməli olan vekseli ödəmiş şəxsə) ödəniş (və ya aksept) haqqında tələb verir.
Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.
Ödəyici (domisiliant) vekseli ödəyərsə, notarius protest verməyərək vekseli onu ödəyən şəxsə qaytarır və vekselin özündə ödənişin və digər çatası məbləğlərin alınması haqqında müəyyən olunmuş formada qeyd yazır.