Ayrı-ayrı sənədlərin, sənədli qiymətli kağızların saxta yolla hazırlanmasının qarşısının alınması məqsədi ilə ərazi polis orqanı tərəfindən çoxaldıcı rəngli qurğuların (kseroksların) (bundan sonra – qurğular) qeydiyyatı aparılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da əksini tapıb.
Həmin qurğuların alınması, satılması, saxlanılması, daşınması, Azərbaycan Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından aparılması üçün icazə tələb olunmur.