Xüsusi icazənin alınması ilə bağlı ərizəyə bir ayadək müddətdə baxılır və komissiyanın tərtib etdiyi akta uyğun olaraq silah və sursatın satışına xüsusi icazə verilməsi və ya səbəbləri göstərilməklə bundan imtina edilməsi barədə Baş İctimai Təhlükəsizlik İdarəsi (BİTİ) tərəfindən qərar qəbul edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da əksini tapıb.
Xüsusi icazənin verilməsindən imtina edildikdə ərizəçiyə rəsmi cavab verilir. Xüsusi icazə iki il müddətinə verilir. Etibarlılıq müddəti bitdikdən sonra yenisinin alınması üçün köhnə icazə BİTİ-yə təqdim edilməlidir.