Zəlzələlərin tətqiqatı bürosunun məlumatına əsasən Lerik stansiyasından 27 km şərqdə Lerik rayonunda zəlzələ qeydə alınıb.
Heftelik.az-ın xəbərinə görə, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda Lerik , Lənkəran , Astara , Yardımlı , Masallı , Cəlilabad rayonlarında 4 bal , digər rayonlarda 3 bal gücündə hiss olunub.
***
saat 08.09
Azərbaycanın cənub bölgəsində güclü zəlzələ olub.
Heftelik.az-ın xəbərinə görə, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Yerli vaxtıa saat 07.43-də Talış Dağlıq zonasında, Lerik rayonu ərazisində qeydə alınan 5 maqnitudalı (ML) zəlzələ hiss olunub.
Zəlzələnin ocağı 18 km dərinlikdə yerləşib.