Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, yol-nəqliyyat hadisəsi Biləsuvar şəhəri, M.İbrahimov küçəsində, yolayrıcında qeydə alınıb.

Mikroavtobusla minik avtomobili toqquşub. Qəza nəticəsində 12 nəfər  – Bakı şəhəri sakini, İsmayılzadə Anar Bağış oğlu (1977), Biləsuvar rayonu sakinləri Ağayeva Xatirə Orucəli qızı (1984), Zeynalova Sürmiyə Rafinə qızı (1978), Hüseynova Səyyarə Rahib qızı (1992), Salmanova Mehriban Abdulla qızı (1968), Əliyeva Şəhla Ağasən qızı (1974), Məmmədova Cəmalə Gülağa qızı (1982), Mayılova Safura Zülfüqar qızı (1973), Bayramova Zəhra Elçin qızı (2009), Məmmədova Aygün Gülağa qızı (1984), Quliyev Arif Nadir oğlu (1960), Mustafayeva Aygün Rafiq qızı (1991) xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.