Bu gün İranda prezident seçkiləri keçiriləcək.
Heftelik.az-ın məlumatına görə, prezident postu uğrunda mühafizəkarlar – parlamentin sədri Məhəmməd Bağır Qalibaf, Ali rəhbərin ölkənin Təhlükəsizlik Şurasında nümayəndəsi Səid Cəlili, daxili işlər və ədliyyə naziri olmuş Mustafa Purməhəmmədi və islahatçı sabiq səhiyyə naziri, deputat Məsud Pezeşkian mübarizə aparacaqlar.
Rəy sorğularına görə, islahatçıların namizədi Məsud Peşekşian öndədir, ikinci və üçüncü yerləri isə müvafiq olaraq Cəlili və Qalibaf tutur.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisinin helikopter qəzasında həlak olmasından sonra iyunun 28-nə növbədənkənar prezident seçkiləri təyin olunub.