Xüsusi icazənin verilməsi ilə bağlı toplanmış materialların surəti uçot-nəzarət işinə tikilməsi üçün ərazi aidiyyəti üzrə polis orqanına göndərilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da əksini tapıb.
Mağaza ərazi polis orqanında icazə sistemi obyekti kimi qeydiyyata götürülür, silah-sursatın satışına xüsusi icazənin verilməsinə əsas olan sənədlər uçot-nəzarət işinə tikilir. Silah-sursatın satışına, uçot-qeydiyyatının aparılmasına və mağazanın fəaliyyətinə ərazi polis orqanı nəzarət edir.