Yazılı və şifahi vəsatətlərə müstəntiq və ya təhqiqatçı tərəfindən daxil olduğu vaxtdan 5 (beş) gündən artıq olmayan müddətdə baxılmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, Cinayət-Prosessual Məcəllədə əksini tapıb.
Vəsatətlərin təmin edilməsinin və ya tam, yaxud qismən rədd edilməsi haqqında müstəntiq və ya təhqiqatçı əsaslandırılmış qərar çıxarmalı və bu qərarı dərhal vəsatəti qaldırmış şəxsə göndərməlidir.