Beş ildən yuxarı istifadəsində yivsiz ov silahı olan və silahın dövriyyəsi ilə bağlı qaydaları pozmayan vətəndaşın, habelə odlu silahın saxlanılmasına və gəzdirilməsinə xüsusi icazəsi olan silahlı birləşmələrin əməkdaşının yivli lüləli odlu ov silahı əldə etmək, saxlamaq və təyinatı üzrə istifadə etmək hüququ var.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da əksini tapıb.
Azərbaycan Respublikasında aşağıdakı subyektlərin xidməti silah əldə etmək hüququ var:
– Xüsusi nizamnamə vəzifələrini yerinə yetirən dövlət orqanlarının və hüquqi şəxslərin;
– Xidməti və mülki silahın işlənib hazırlanması, sınaqdan keçirilməsi, istehsalı və ya satışı ilə məşğul olan müəssisələrin;
– İdman və ovçuluq cəmiyyətlərinin, təhsil müəssisələrinin.