Bütün növ xidməti və mülki silahın (yivli, yivsiz, qaz) uçotu (reyestri) kağız və elektron daşıyıcıları üzərində ərazi polis orqanları, mərkəzləşdirilmiş qaydada isə Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən aparılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da əksini tapıb.
Elektron daşıyıcısındakı qeydlərdə uyğunsuzluq olarsa, kağız üzərindəki məlumata, reyestrdəki yazılarla hüquqların qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda isə sənədlərə üstünlük verilir.