Fiziki və hüquqi şəxslərdə saxlanılan və istifadə edilən belə qurğuların müəyyənləşdirilməsi işinə ərazi polis orqanlarının bütün xidmət sahələri cəlb edilir.

Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da əksini tapıb.

Qurğular barədə daxil olan materiallar baxılması üçün ərazi polis orqanı rəisinin dərkənarı ilə icazə sistemini həyata keçirən əməkdaşa ünvanlanır. Qurğuların uçotu dəftərxanada müvafiq qaydada qeydiyyata alınmış kitabda (Təlimata 20 nömrəli əlavə) aparılır. Kitabda qurğunun sahibi haqqında (adı, soyadı, atasının adı, ünvanı), həmçinin onun hansı ticarət müəssisəsindən alınması, nə məqsədlə istifadə edilməsi və ya saxlanılması barədə məlumatlar göstərilir. Ərazi polis orqanı tərəfindən hər altı aydan bir rayon ərazisində mövcud olan qurğuların sayı barədə BİTİ-yə məlumat verilir.