Əvəzi ödənilməklə götürülən ov silahı satıldıqdan sonra əldə olunan vəsait silahın sahibinə verilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da əksini tapıb.
Vətəndaş ərazi polis orqanını əvvəlcədən yazılı və ya şifahi xəbərdar etməklə özünə məxsus mülki silahı xüsusi icazəsi olan ailə üzvünə vəsiyyətnamə ilə miras qoyur. Bununla əlaqədar ərazi polis orqanına rəsmi müraciət olunur və ərizədə silahın kalibri, markası, nömrəsi, silahı miras qoyan vətəndaşın soyadı, adı, atasının adı və yaşadığı ünvan göstərilir.