İnzibati orqan tərəfindən ərizənin qəbul edildiyi gündən ən geci 3 gün müddətində ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında ərizəçiyə arayışın verilməməsinə və ya göndərilməməsinə, yaxud qanunda nəzərdə tutulmuş hallarda təkrar ərizənin yoxlanılmamasına və ərizə ilə bağlı müvafiq qərarın qəbul edilməməsinə və ya inzibati icraatda iştirak edən şəxslərin təqdim etdiyi və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətlərinin işə aid olmaması və ya əsassız olması səbəbindən qəbulundan imtina edilməsinə, yaxud maraqlı şəxsdən qanunvericilikdə nəzərdə tutulduğundan əlavə hər hansı digər məlumatın tələb edilməsinə görə cərimə müəyyənləşib.
Heftelik.az-ın məlumatına görə, bu, İnzibati Xətalar Məcəlləsində əksini tapıb.
İnzibati orqan tərəfindən ərizənin qəbul edildiyi gündən ən geci 3 gün müddətində ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında ərizəçiyə arayışın verilməməsinə və ya göndərilməməsinə, yaxud qanunda nəzərdə tutulmuş hallarda təkrar ərizənin yoxlanılmamasına və ərizə ilə bağlı müvafiq qərarın qəbul edilməməsinə və ya inzibati icraatda iştirak edən şəxslərin təqdim etdiyi və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətlərinin işə aid olmaması və ya əsassız olması səbəbindən qəbulundan imtina edilməsinə, yaxud maraqlı şəxsdən qanunvericilikdə nəzərdə tutulduğundan əlavə hər hansı digər məlumatın tələb edilməsinə görə vəzifəli şəxslər üç yüz əlli manatdan altı yüz manatadək məbləğdə cərimə edilir.