Xidməti və mülki silahın dövriyyəsi ilə bağlı xüsusi icazə və şəhadətnamələrin verilməsi barədə daxil olmuş ərizələr dəftərxanada qeydiyyata alındıqdan sonra rəhbərliyin dərkənarı əsasında icazə sistemini həyata keçirən əməkdaşa həvalə olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da əksini tapıb.
Xüsusi icazə blankları səliqəli, düzəliş edilmədən, tam doldurulur. Mülki silahın əldə edilməsinə verilən xüsusi icazənin etibarlılıq müddəti altı aydır.