Ödəyici köçürmə vekselində aksept haqqında qeyd etmişsə, veksel protest verilmədən veksel sahibinə qaytarılır.
Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.
Vekseli ödəmək və ya aksept etmək barəsində ödəyicidən (domisiliantdan) imtina cavabı alındıqda və ya o, notariat ofisinə gəlmədikdə, notarius ödənilməyə və ya aksept edilməməyə protest haqqında müəyyən olunmuş formada akt tərtib edir və reyestrdə müvafiq qeyd edir, habelə vekselin özündə ödənilməməyə və ya aksept olunmamağa protest haqqında qeyd yazır.