Sənədləri saxlanılmaq üçün təhvil vermiş şəxsə müəyyən olunmuş formada şəhadətnamə verilir.
Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.
Qəbul olunmuş sənədlər notariat ofisinin möhürü ilə möhürlənmiş dəmir şkaflarda və ya seyflərdə ayrıca qovluqda saxlanılır. Saxlanılmaq üçün qəbul edilmiş sənədlər onları saxlanılmaq üçün təhvil vermiş şəxsin və ya müvəkkil edilmiş şəxsin tələbi üzrə şəhadətnamə və siyahının nüsxəsi təqdim olunduqda, yaxud məhkəmənin qərarı əsasında qaytarılır.