Vəsiyyətnamənin hər bir səhifəsi də bu şəxslər tərəfindən imzalanır.
Heftelik.az-ın məlumatına görə, bu, Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda əksini tapıb.
Vəsiyyətnamə möhürlənmiş halda notariusda saxlanılırdısa, yuxarıda göstərilən bütün hərəkətləri notarius təkbaşına aparır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 91-ci maddəsinə əsasən Azərbaycan Respublikasının notariusları notariat hərəkətlərinin icrası haqqında xarici ədliyyə orqanlarından alınan tapşırıqları yerinə yetirir və ayrı-ayrı notariat hərəkətlərinin icra edilməsi haqqında tapşırıqlarla Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi vasitəsilə xarici ədliyyə orqanlarına müraciət edirlər.