Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İsveçrə və İtaliya yığmaları arasında 1/8 final görüşü baş tutub.
Heftelik.az-ın məlumatına görə, oyunun 37-ci dəqiqədəsində Remo Froyler İsveçrəni önə çıxarıb. 46-cı dəqiqədə isə Ruben Varqas hesabı 2:0-a çatdırıb.
Qarşılaşmada başqa qol olmayıb. Beləliklə, İsveçrə növbəti mərhələyə adlayıb.