İranda prezident seçkilərinin birinci turunda bütün bülletenlərin sayılmasından sonra islahatçı Məsud Pezeşkian və mühafizəkar Səid Cəlili liderlik edir.
Heftelik.az-ın məlumatına görə, namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilmədiyi üçün prezident seçkilərinin ikinci turu keçiriləcək.
İyulun 5-nə təyin edilmiş ikinci turda Məsud Pezeşkian və Səid Cəlili yarışacaq.
Qeyd edək ki, 24 535 185 bülletenin sayılmasından sonra Məsud Pezeşkian 10 415 991 (42.6%) səslə birincidir. 9 473 298 (38.8%) səslə Səid Cəlili ikinci, 3 383 340 (13.8%) səslə Məhəmməd Baqer Qalibaf üçüncü, 206,397 (0.8%) səslə isə Mustafa Purməhəmmədi dördüncüdür.