Qaxda minik avtomobillərinin toqquşması nəticəsində 3 nəfər ölüb.

Heftelik.az-ın məlumatına görə, hadisə  Şəki-Qax avtomobil yolunun rayonun Əmbərçay kəndi ərazisindən keçən hissəsində baş verib.

“Ford” və “VAZ-21015” markalı avtomobillərin toqquşması nəticəsində  Şəki rayon Cəfərabad kənd sakinləri – “VAZ”ın sürücüsü, 35 yaşlı Həbib Qurbanov, onun anası 1962-ci il təvəllüdlü Gülnarə Qurbanova və həyat yoldaşı 1989-cu il təvəllüdlü Aygün Qurbanova ölüblər.

Qəza zamanı 2 azyaşlı övladları isə xəsarət alıb.